Dr. Ülvi İbrahimov

Qastroenteroloq, Hepatoloq, Endoskopist

Biz mədə-bağırsaq, qaraciyər, öd kisəsi və mədəaltı vəzin bütün növ xəstəliklərinin ən son müasir metodlarla müayinəsi, diaqnostikası və müalicəsini aparırıq.

Video reportajlar

Qastroenteroloq Dr. Ülvi İbrahimovun həzm-sistemi xəstəlikləri ilə bağlı pasiyentlər üçün hazırladğı məlumatlandırıcı video reportajları aşağıdakı keçiddən izləyə bilərsiniz.
Bütün videolara bax

Sual-cavab

Sizi maraqandıran sualları və ya narahat edən məsələləri onlayn olaraq, saytımızın “Sual-cavab” bölümdən bizə ünvanlaya bilərsiniz. Suallarınız həftə ərzində cavablandırılmaqdadır.
Həkimə sual ver
ülvi ibrahimov - qastroenteroloq, hepatoloq, endoskopist

Dr. Ülvi İbrahimov

Qastroenteroloq, Hepatoloq, Endoskopist

Bizim məqsədimiz qastroenteroloqun müayinəsi zamanı xəstənin heç bir şikayətini diqqətdən yayındırmamaqdır. Bizə müraciət etsəniz, tez bir zamanda ən son müalicə metodları vasitəsi ilə (beynəlxalq protokollara əsasən) sağalacağınıza əmin ola bilərsiniz. Biz xoşagəlməz hissləri, qusma refleksini, ağrıları və müayinədən öncə qorxu hissini aradan qaldırmaq üçün bütün endoskopiya prosedurları yüngül medikamentoz yuxu şəraitində aparırıq.

Pasiyent rəyləri

Dərc olunmuş fikirlər

  1. Yaxşı ki, siz oldunuz həkimim sadecə 1 kurs müaliceye istediyimiz neticeni aldıq hemde çox dərman qəbul etmədən Allah razı olsun Rabbim yolunuzu hər zaman açıq etsin

  2. Gözəl həkim,Allah sizi qorusun Azərbaycanda1 nömrəsiz mənim ücün əvəz edilməz insan gözəl həkim gözəl insan sizə necə təşəkkür edecəymi bilmirəm Allah sizə uzun ömür cansağlığı versin Sizin sayənizdə saglığma qovuşdum 1ildirki mənim gəzmədyim həkimlər qalmadı tanımış hehimlər mənə səhv ZES diaqnoz qoydular adlarını cəkmək istəmirəm . Ancaq sizin sayənizdə dünyaya gözacdım Allah sizi bütün arzularınıza catdırsın Amin

  3. Həqiqətəndə insanlığınız və elminiz Allah tərəfindən sizə verilən ən ali bir mükafatdır. Heqiqetende siz respublikamızın 1 nomreli hekim mütəxəssisisiz. Allah sizi qorusun.

  4. Mənim anama əməliyyat deyilmişdi bir başqa həkimlər tərəfindən. Ama Ülvi həkim bir kurs müalicə etdi. Əməliyyatda olmadı. Sonra bir neçə tanışlarımıda həkimin yanına göndərdim. Həqiqətəndə savadlı həkimdir. Sağ olsun var olsun.

  5. 1 həftə olar ki, mədəmdə Ulvi doktorun müayinəsi nəticəsində qanaxma ilə ağırlaşmış xora xətəliyi aşkar olundu. Əlləriniz var olsun doktor, qısa zaman içində, hətta iki gündən sonra ağrılarım keçdi və qanaxma dayandı.

  6. Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Çox sağolun. Həqiqətən də çox bilikli və alicənab bir həkimsiz. Ən ümdə insansınız. Mənə etdikləriniz üçün çox çox sağolun. Təşəkkür edirəm sizə.

  7. Sayənizdə yüzlərlə xəstə şəfa tapıb o cümlədəndə mən. Yaxşı ki, varsınız. Allah sizi xəstələrinizə çox görməsin. Allah sizdən razı olsun.

  8. Gözəl insan, istedadlı həkim. Mən sizin sayənizdə çox-çox yaxşıyam. Allah sizə can sağlığı versin, balalarınızı saxlasın. Biz xəstələrin başının üstündən heç əskik olmayasız. Sayənizdə bayram nemətlərindən yeyə bilirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müalicə edilən xəstəliklər

Hər növ qastroenteroloji və hepatoloji xəstəliklərin müalicəsi

Qida borusu və mədə-bağırsaq xəstəlikləri

  • Yoğun bağırsağın xəstəlikləri
  • QERX (Reflüks xəstəliyi)
  • Kardiyanin axalaziyasi
  • Diafraqmanın qida borusu dəliyinin yırtığı
  • “Plummer-Vinson” sindromu
  • Barrett qida borusu
  • Qida borusu xorası
  • Kəskin və xroniki qastrit
  • Alkalen reflüks-qastrit
  • Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi
  • Zollinger-Ellison sindromu
  • Funksional dispepsiya
  • Divertikulyar xəstəliyi
  • Qeyri-spesifik xorali kolit
  • Kron xəstəliyi
  • Bağırsaq disbakteriozu
  • Qəbizlik
  • Babasil xəstəliyi (hemorroy)
  • Anal çat
  • Qıcıqlanan Bağırsaq Sindromu

Qaraciyər xəstəlikləri

  • Hepatit A, B, C, D, E
  • Qeyri-alkoqollu steatohepatit
  • Qaraciyərin piy distrofiyası
  • Alkoqollu qaraciyər xəstəliyi
  • Autoimmun hepatit
  • Birincili biliar sirroz
  • Vilson xəstəliyi
  • İrsi hemoxromatoz
  • Qaraciyərin sirrozu
  • Qaraciyərin absessi
  • Qaraciyərin kistləri
  • Qaraciyərin exinokokkozu

Öd kisəsi və mədəaltı vəzin xəstəlikləri

  • Öd daşı xəstəliyi
  • Öd yollarının diskeneziyası
  • Kəskin xolesistit
  • Bakterial xolangit
  • Birincili skleroz xolangit
  • Kəskin və xroniki pankreatit